bazar ertəsi 30 iyun 2025 - 20:30
Məhərrəm əzadarlığı zülmə qarşı mübarizə meydanına çevrilməlidir

Hövzə / Cənab Ramazani deyib: Əgər Məhərrəm məclislərində İslamın bu günkü problemləri və Əhli-beytin (ə) müsibətləri deyilmirsə onun tam imkanlardan bəhrə aparılmamış sayılır.

Hövzə Xəbər Agentliyinin Rəşt bölgəsi üzrə müxbiri bildirib: Hövzənin tanınmış müəllimlərindən olan Xubriqan Məclisinin Gilan bölgəsi üzrə nümayəndəsi cənab Rza Ramazani 29 iyun bazar günü axşamı Rəşt şəhərində yerləşən Həzrət Fatimə Uxranın (s) (İmam Kazımın qızı) müqəddəs ziyarətgahında keçirilən Məhərrəm ayının üçüncü günü mərasimində çıxış edərək əzadarlıq məclislərinin praktiki fəaliyyət məkanına çevrilməsinin vacibliyini vurğuladı. O, qeyd etdi: Sadəcə duyğusal kədər hissi ilə qalmaq, haqq yolunda mübarizəyə qoşulmamaq Aşura hadisəsinin təhrifinə səbəb ola bilər.

Ramazani əlavə etdi ki, bu gün İranda Aşura ruhlu nəsil yetişdirən məktəb fəaliyyət göstərir və zülmə qarşı mübarizənin bayrağı Ali Rəhbərimizin əlindədir.

Ramazani Kərbəla hadisəsində bəzi insanların əməllərinə toxunaraq dedi: Çoxları qorxu səbəbi ilə hadisə meydanını tərk etdi bəziləri isə Aşura tarixçəsini təhrif etdi. Əhli-beytin müsibətlərinin düzgün çatdırılmaması bu gün də böyük təhlükə olaraq qalır və Məhərrəm ayının məclisləri həqiqətlərin dəqiq ötürülməsi ilə təhrifin qarşısını almalıdır.

Xubriqan Məclisinin üzvü Sionist rejimin cinayətlərinə işarə edərək qeyd etdi: Şəhid generallarımız Qədir-Xum və Aşura məktəblərinin carçıları idilər və düşmənin təxribatına və irqçiliyinə qarşı möhkəm dayandılar. İmam Hüseyn (ə) məktəbi alçaldılmağa tab gətirməz və bu gün İmam Xameneinin əlində olan Qədir-Xum bayrağı dünyadakı zülmkarlarla mübarizənin simvoludur.

Göz yaşı əmələ çevrilməlidir

Ramazani qeyd etdi ki, əzadarlıq mərasimlərində göz yaşı tökməyin yalnız cəmiyyəti islah etmək, zülmə qarşı durmaq və ədaləti həyata keçirmək məqsədini daşıdıqda dəyərli ola bilər. 
Cənab Ramazani deyib:
Əgər Məhərrəm məclislərində İslamın bu günkü problemləri və Əhli-beytin (ə) müsibətləri deyilmirsə onun tam imkanlardan bəhrə aparılmamış sayılır.

Cənab Ramazani Ayətullah Müdərris, İmam Xomeyni (r) və İnqilab şəhidləri kimi şəxsləri xatırladaraq bildirdi: Bu dahi insanlar haqq yolunda dayandıqları üçün düşmənlərin təhqirlərinə məruz qaldılar.

Xubriqan Məclisinin Gilan bölgəsi üzrə nümayəndəsi cənab Rza Ramazani qeyd etdi: Zülmkarların sülh şüarları xalqların sakit qalmasına xidmət edən bir hiylədir və İranın müqaviməti Aşura dəyərlərinə əsaslanan nümunədir.

Aşura ziyarəti İlahi bir ziyarətdir

Əhli-beyt (ə) dünya qurultayının drektoru rəvayətlərə istinad edərək vurğuladı: İmam Hüseyni (ə) eşq və məhəbbətlə ziyarət etsən sanki İlahi bir ziyarət etmisən. İmam Hüseyn (ə) bütün əzizlərini fəda etməklə insanlığa ən uca mübarizə dərsini verdi.

O, Aşura müsibətlərini dərindən anlamaq və bu günkü mübarizə üçün ilham almaq üçün səhnədə iştirak etməyin vacib olduğunu qeyd etdi və əlavə etdi: Aşura ruhuna sahib olan hər bir şəxs alçalmağa, təhqirə və təhdidə boyun əyməz əksinə zalımlara qarşı dayanıb mübarizə aparar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha